Zelenskidən Putinin atəşkəslə bağlı təklifinə - Reaksiya

zelenskiden-putinin-ateskesle-bagli-teklifine
Oxunma sayı: 1159

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin 9 May - Fazişm üzərində Qələbə Günü dövründə atəşkəs elan edilməsi barədə təklifini şərh edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Zelenski ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə saxlamaq və Rusiyanın təklifinin təfərrüatlarını öyrənməklə bağlı tapşırıq verib. 

“Konkret olaraq söhbətin nədən getdiyini aydınlaşdıracağıq: söhbət Moskvada parad üçün bir neçə saatlıq təhlükəsizlikdən gedir, yoxsa daha böyük bir şeydən?”, - Ukrayna prezidenti vurğulayıb.

O, ölkəsinin sülhə can atdığını və bu müharibənin həqiqətən sona çatması üçün zəruri diplomatik işlər apardığını diqqətə çatdırıb: “Bizim təklifimiz - atəşi uzunmüddətli əsasda dayandırmaq, insanlar üçün etibarlı təhlükəsizliyi və uzunmüddətli sülhü təmin etməkdir”.

O, Ukraynanın bunun üçün istənilən layiqli və səmərəli formatda işləməyə hazır olduğunu bildirib. 

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp ilə telefon danışığı zamanı Ukraynada mümkün atəşkəs məsələsini də müzakirə edib. Putinin köməkçisi Yuri Uşakov İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə atəşkəs elan etməyə hazır olduqlarını bildirib.