Gəncədə məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə 9 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, iki məktəbli arasında yaranan mübahisə zamanı bir nəfər kəsici alətlə xəsarət alıb.
Məktəbin 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü A.S (ad şərtidir) kəsici-deşici alətlə yetirilən xəsarətlə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumata görə, yeniyetməyə xəsarəti həmin məktəbdə təhsil alan 8-ci sinif şagirdi yetirib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanılıb.
***
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib: “Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hər iki şagirdin valideynləri məktəbə dəvət edilib və onlarla profilaktik söhbət aparılıb. Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.
***
TƏBİB-dən sorğumuza cavam olaraq qeyd edilib ki, 30.04.2026-cı il tarixində saat 00:40 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Döş qəfəsinin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər