Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı mayın 9-da Moskvada Qələbə paradına dəvət etməyib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
Jurnalistlərin məsələ ilə bağlı sualına Peskov “Xeyr” deyə cavab verib.
Xatırladaq ki, aprelin 29-da V.Putinlə D.Tramp arasında telefon danışığı baş tutub. Tərəflər Rusiya-Ukrayna müharibəsi, ABŞ-İsrailin İrana qarşı müharibəsi və digər məsələləri müzakirə ediblər.
Son xəbərlər
Son Xəbərlər