Ən çox maaş alan kimdir? - - Statistika

en-cox-maas-alan-kimdir-
Oxunma sayı: 4423


"Qafqazinfo" xəbər verir ki, bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 13,0 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2013-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 423 manat təşkil edib. İqtisadiyyatın mədən-çıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.