Erməni lobbisi narahatdır

ermeni-lobbisi-narahatdir
Oxunma sayı: 646

“Qafqazinfo” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Yerevanda keçirdiyi mətbuat konfransında Avropa Erməni Təşkilatları Forumunun rəhbəri Aşot Qriqoryan deyib.

A.Qriqoryan bildirib ki, prezident Serj Sarkisyan ölkədəki siyasi təqiblərə son qoymalı və keçmiş xarici işlər naziri, deputat Vardan Oskanyana qarşı başlanmış cinayət işinin bağlanmasına göstəriş verməlidir. Hamıya aydındır ki, bu işin arxasında məhz S. Sarkisyan dayanır.

A.Qriqoryan eks nazirin barəsində qaldırılan cinayət işinin mahiyyətinə gəlincə isə deyib ki, prezident S.Sarkisyan ölkənin iqtisadi vəziyyətini düzəldə bilmir, diaspor təşkilatlarına “pul bankomatı” kimi baxır. Belə bir vəziyyətdə keçmiş nazir V.Oskanyanın qarşıdakı prezident seçkilərində iştirak etmək istəməsi S.Sarkisyanı narahat etmiş və V.Oskanyan siyasi təqiblərə məruz qalaraq barəsində cinayət işi açılıb.

A.Qriqoryan Ermənistan hakimiyyətinin siyasi xəttini də kəskin tənqid edərək son illər ərzində ölkənin xarici siyasətinin bir neçə dəfə məğlubiyyətə uğramasını faktlarla jurnalistlərə çatdırıb.

Fransada yaşayan A.Qriqoryan məhz V.Oskanyanı müdafiə etmək üçün Ermənistana gəldiyini bildirib.