“Heç kim həyat yoldaşımı əvəz edə bilməz”- - Miri Yusif

hec-kim-heyat-yoldasimi-evez-ede-bilmez-
Oxunma sayı: 6662


“Soyuq əllər, isti ürək: Qış Möcüzəsi” adlı Yeni il xeyriyyə yarmarkasının açılışına qatılan Miri Yusif yaradıcılıq işlərindən danışıb.

“Qafqazinfo”ya açıqlamasında sənətçi konsert verməyə hazırlaşdığını bildirib:

“Yanvarın 10-u Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcəm. Bu dəfə də tamaşaçılarımı maraqlı konsert gözləyir. Biletlərin qiyməti də normaldır. “Bilmək olmaz” mahnısına çəkilən klipi  keçən ay təqdim etdim.  Sözləri mənə məxsus olan bəstəni  Hakan Erola aranjeman edib. Klipə rejissor Fərhad Əli ekran həyatı verib. Klipdə ailəmlə kamera qarşısına keçdim. Düşündüm ki, heç kim mənim həyat yoldaşımı əvəz edə bilməz,  tərəf müqabilim yalnız yoldaşım olmalıdır.  Yeni mahnılar üzərində çalışıram, tezliklə təqdim edəcəm”. 

Könül