Hitler nə vaxt və necə ölüb? - Alimlər son qərara gəldilər

hitler-ne-vaxt-ve-nece-olub
Oxunma sayı: 6428

Fransız alimləri Rusiyanın Dövlət Arxivində apardıqları araşdırmalardan sonra II Dünya müharibəsi zamanı nasist Almaniyasının lideri Adolf Hitlerin ölüm tarixini və səbəbini dəqiqləşdiriblər.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nasist liderin 1945-ci ildə öldüyü təsdiqlənib. "European Journal of Internal Medicine" jurnalında yayımlanan elmi nəticələrə əsasən, Hitlerin sianid turşusu içərək özünü güllələməsi iddiaları doğrudur.

2000-ci ildə Moskvada sərgilənən Hitlerin dişlərinin də olduğu çənə sümüyünü incələyən alimlər onun Berlinin təslim olmasından bir neçə gün əvvəl – 1945-ci il, aprelin 30-da öldüyünü bildiriblər.

Çənə sümüyünün qalıqları daha əvvəl də araşdırılsa da, ondan hissələr götürə bilməyən alimlər bu dəfə həmin qalıqları elektron mikroskopla analiz ediblər. Hitlerin dişlərində vegeterian olduğu üçün ət liflərinə rast gəlinməyib. Eyni zamanda, hər hansı barıt qalığı da aşkarlanmayıb. Bu isə Hitlerin tapançanı ağzına salaraq atəş açması iddiasını doğrultmur. Onun dişlərinin üzərində sianid turşusu və diş metallarının kimyəvi reaksiyasının nəticəsi olaraq mavi maddə qalıqları aşkar edilib. Hitlerin kəllə sümüyündəki güllə izi isə onun başına atəş açdığını göstərir.

Qeyd edək ki, tarixçilər rus əsgərlər Berlinə girərkən yeraltı sığınacaqda gizlənən Hitlerin arvadı Eva Braunla birlikdə intihar etdiyinə inanır. Hitlerin cəsədi nasist hərbçiləri tərəfindən yandırılısa da, çənə və kəllə sümüyünün qalıqları rus əsgərlər tərəfindən ələ  keçirilərək İosif Stalinin əmriylə Moskvaya aparılıb. Ölmündən sonra Hitlerin qaçdığı və hətta yaşadığı iddiaları da irəli sürülmüşdü.