Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar saat 09:30-dan 13:00-dək Dilarə Əliyeva, Puşkin küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Eyni zamanda Sumqayıt Elektrik Şəbəkəsinə (EŞ) daxil olan yüksək gərginlikli hava xətlərində təmir işi aparılacaq. Beləliklə, saat 11:00-dan 14:00-dək Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağları yaşayış massivi və Stansiya Sumqayıt ərazisinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər