“Trampın siyirməsində Vensə məktub var”

trampin-siyirmesinde-vense-mektub-var
Oxunma sayı: 199

“Trampın Vens üçün xüsusi məktubu var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastian Qorka “New York Post” qəzetinə müsahibəsində deyib.

O, ABŞ Prezidenti Donald Trumpın Vitse-prezident Ceyms Devid Vens üçün xüsusi təlimatlar saxladığını açıqlayıb.

Qorka bildirib ki, Trampın iş masasındakı siyirmədə vitse-prezidentə ünvanlanmış məktub mövcuddur.

Onun sözlərinə görə, ABŞ administrasiyasında mümkün fövqəladə hallar üçün xüsusi protokollar hazırlanıb.

“Bizim protokollarımız var. Təfərrüatı açıqlaya bilmərəm, amma belə hallar üçün müəyyən qaydalar mövcuddur”, – Ağ Ev rəsmisi qeyd edib.

Qorka əlavə edib ki, Trampın təhlükəsizliyi yüksək səviyyədə qorunur və onun həyatına yönələn mümkün təhdidlərə qarşı xüsusi tədbirlər görülür.