“İranla danışıqlarda irəliləyiş əldə etmişik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Vaşinqtonun Tehranla apardığı danışıqlarda müəyyən irəliləyiş əldə edilib.
Vens qeyd edib ki, Donald Tramp administrasiyası İranın nüvə silahına sahib olmasının qarşısını almaqda qərarlıdır və Tehran bu istiqamətdə beynəlxalq ictimaiyyəti qane edəcək yeni təklif təqdim etməlidir.
ABŞ Vitse-prezidenti danışıqların davam etdiyini vurğulayıb: “Bu səhər həm Cared Kuşner, həm də Stiv Uitkoff və ərəb dünyasındakı bəzi tərəfdaşlarımızla danışdım. Düşünürəm ki, irəliləyiş əldə edirik. Əsas məsələ Prezidentin müəyyən etdiyi qırmızı xətlərin aşılıb-aşılmamasıdır”.
Vens əlavə edib ki, Vaşinqtonun əsas tələbi İranın heç vaxt nüvə silahı əldə etməməsinə təminat verən təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasıdır.
O bildirib ki, İslamabad vasitəçiliyi ilə aparılan danışıqlarda müəyyən nəticələr əldə olunsa da, Tehran hələ ABŞ tərəfinin gözlədiyi səviyyəyə çatmayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp son açıqlamasında İranla atəşkəs prosesinin “ən həssas mərhələdə” olduğunu bildirmişdi.
Qeyd edək ki, Pakistanın vasitəçiliyi ilə əldə edilən atəşkəs 8 aprel tarixində qüvvəyə minib və daha sonra müddətsiz şəkildə uzadılıb.
İran isə ABŞ-nin müharibənin dayandırılması ilə bağlı təklifinə cavabını Pakistan vasitəsilə Vaşinqtona çatdırsa da, Tramp həmin təklifi “tamamilə qəbuledilməz” adlandırıb.
Son xəbərlər
Son Xəbərlər