İcra başçısı bacıyla qardaşın arasında qalıb – Foto

icra-bascisi-baciyla-qardasin-arasinda-qalib-foto-
Oxunma sayı: 678

“1996-cı ildə torpaq almışam, 1998-ci ildə isə həmin torpaqda ev tikmişəm. 2010-cu ildə bacım İbadova Səmayə Əliküşad qızı evimin sökülməsi, torpağın əvvəlki vəziyyətə qayıtması barədə iməhkəmə iddiası qaldırıb. İcra başçısı Əziz Əzizov da özü mənim həyətimə gələrək qeyri-qanuni şəkildə, saxta sənədlərlə torpağı bacıma satıb. Bu barədə dəfələrlə məhkəməyə müraciət etmişəm. Məhkəmə qətnamə çıxararaq bacımın iddiasını ləğv etsə də, bu günə kimi öz evimdə rahat otura bilmirəm. Bacımın saxta sənədi ləğv olunmur. Hazırda münaqişə nəticəsində evimdə yaşaya, torpağımda əkin əkə bilmirəm. Əziz Əzizov torpağımı qanunsuz şəkildə bacıma verib. Xahişim odur ki, icra başçısı bu məsələni həll etsin. Bizim də canımız illərdir davam edən süründürməçilikdən, ailə münaqişəsindən qurtulsun”.

Yazıda adları keçən tərəflərin də mövqeyin dərc etməyə hazırıq.

Günel