İranda dollar tarixi rekord qırdı

iranda-dollar-tarixi-rekord-qirdi
Oxunma sayı: 7857

İranda dollar günü-gündən bahalaşır.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, İranda son bir neçə aydır sürətlə bahalaşan dollar hazırda azad bazarda 10 min 700 tümən civarında satılır.

Xatırladaq ki, ölkədə dolların qısa zaman ərzində 4 min tümendən 7 min 500 tümen səviyyəsinə qədər yüksəlməsindən sonra prezident Həsən Ruhani hökuməti bu ilin aprel ayında dolların 4 min 200 tümenə sabitləşməsi qərarını vermiş və azad bazarda alış-satışı qadağan etmişdi.

Qeyd edək ki, İranda bir avro 12 min 650 tüməndir.