İraqdan gözlənilməz İran qərarı

iraqdan-gozlenilmez-iran-qerari
Oxunma sayı: 5743

İraq ölkədəki İran bankları ilə dollar alqı-satqısını dayandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İraqın Mərkəzi Bankı tərəfindən banklara göndərilmiş xəbərdarlıqda bu alqı-satqının qadağan edildiyi bildirilib. İraqın baş nazir sözçüsü Səəd əl-Hədisi açıqlamasında “İraq ABŞ-ın tətbiq etdiyi sanksiya müddətində İranla ticarətdə dollar alqı-satqısını dayandırmaq məcburiyyətindədir. Bu sanksiyalar olduğu müddətdə İranla ticarət əlaqələrini qorumaq çətin olacaq” deyib.

Əl-Hədisi ölkəsinin İranla ticarətdə sanksiyaların təsirini azaltmaq üçün başqa metodlar axtaracaqlarını qeyd edib.