Kolumbiya prezidenti türkiyəli müğənniyə təşəkkür etdi

kolumbiya-prezidenti-turkiyeli-mugenniye-tesekkur-etdi
Oxunma sayı: 1826

Kolumbiya prezidenti İvan Duke Markes türkiyəli müğənni Haluk Leventə zəng edərək ona təşəkkürünü bildirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, pulları olmadığı üçün ölkələrinə qayıda bilməyən kolumbiyalı rəqqasları yola salan ifaçı bu barədə sosial şəbəkədə yazıb: “Edilən yaxşılıq dünyanın o biri ucunda olsa da, qarşılığını görür”.

Kolumbiyanın Ankaradakı səfiri də Leventə təşəkkür məktubu yollayıb. 

Xatırladaq ki, müğənni Atatürk Hava Limanında 13 gün çarəsiz qalan 7 nəfər rəqqasın Kolumbiyaya qayıtması üçün təyyarə biletlərini almış və onların oteldə yerləşdirilməsini təmin etmişdi.