Lopeteqi istefaya göndərilir - “Real” üçün 3 namizəd

lopeteqi-istefaya-gonderilir
Oxunma sayı: 2723

İspaniya La Liqasının 9-cu turunda evdə “Levante”yə 1-2 hesabı ilə uduzan “Real”da baş məşqçi Julen Lopeteqinin son saatlarıdır.

“Qafqazinfo” xəbər verir ki, Madrid klubu ispan mütəxəssisin istefasını gün ərzində açıqlayacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.”Kral klubu” “Levante” məğlubiyyətindən sonra 52 yaşlı çalışdırıcıya şans verməyi düşünmür.

Lopeteqinin əvəzinə isə 3 namizəd var: Antonio Konte, Santyaqo Solari və Quti.