Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada “Ənsar Allah” (husilər) hərəkatına məxsus istehsal obyektlərinə zərbələr endirib.
“Qafqazinfo” xəbər verir ki, koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki əməliyyatın görüntülərini “X” hesabında paylaşıb.
Məlumata görə, əməliyyat noyabrın 26-da həyata keçirilib. Görüntülərdə sənaye kompleksi ərazisində bir neçə obyektin vurulması, ardınca isə partlayışların baş verməsi və ərazidən tüstünün yüksəlməsi əks olunub.
Qeyd edək ki, dəymiş ziyanın miqyası və husilərin canlı qüvvə itkiləri barədə məlumat verilməyib.
Son xəbərlər
Son Xəbərlər