“MasterCard” Qarabağla bağlı səhvini düzəltdi

mastercard-qarabagla-bagli-sehvini-duzeltdi
Oxunma sayı: 745


“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, “MasterCard” bankomatların axtarışı bölməsində Xankəndi, Şuşa, Əskəran şəhərlərini səhvən “Ermənistan” bölməsində yerləşdirmişdi. Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı və Azərbaycan diasporu icmaları “MasterCard”a müraciət edərək şirkətin saytındakı səhvi dərhal aradan qaldırmağa çağırıblar.

ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ-dakı Azərbaycan icması arasında kampaniya keçirib. Məktubda şirkətin özünün etik və hüquq normalarını pozduğu bəndlər göstərilib. Kampaniyada yüzlərlə azərbaycanlı iştirak edib. Bu gün saytdakı səhv aradan qaldırılıb.