Mourinyo bu dəfə də Türkiyə millisinə “ilişdi”

mourinyo-bu-defe-de-turkiye-millisine-ilisdi
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi xəbərə görə, portuqaliyalı mütəxəssis Nuri Şahinlə bağlı fikirlərini bildirib: “Nuri Türkiyə yığmasında oynaya bilər. Bu bizim üçün yaxşı xəbərdir. Lakin etiraf edin ki, “Real” Türkiyə millisindən qat-qat güclüdür. Ümumiyyətlə, klub komandaları yığmalardan daha güclü olur. Hazırda Lass, Xabi, Kedira və Qranero ondan daha çox fayda verir. Bu səbəbdən Nurinin işi çətin olacaq”.

Qeyd edək ki, “kral klubu”na bu mövsüm transfer olunan 23 yaşlı Nuri komandada cəmi 5 oyuna çıxıb və 1 qol vurub.

Ceyhun Əhmədov