Müğənni Natavan Həbibi ilə prodüser Tarix Əliyev (Tolik) söz savaşına çıxıblar.
“Qafqazinfo” xəbər verir ki, buna Tolikin “Hər şey daxil” verilişində bioenergetikə Natavanla reper əri Dadonun ailə həyatı ilə bağlı verdiyi sual səbəb olub. Tolikin “Çoxları deyir Natavanla Dadonun nikahı saxtadır. Bu, belədirmi?” sualına türkiyəli ekstrasens “Evlilikləri saxta deyil. Amma aralarında çox ciddi sevgi bağlılığı yoxdur” cavabını verib.
Natavan Həbibi isə Tolikin sözlərinə İnstaqram səhifəsində “Bir detektiv tut, bizi araşdırsın” eyhamını vurub. Prodüser isə “Allah xoşbəxt eləsin. İstəməyən kor olsun” cavabını verib.
Ancaq bununla da ürəyi soyumayan Natavan daha sonra şəxsi hesabında “Daşım ağır olub. Birinə dəyəndə də bərk dəyir, bu da var” yazaraq mübahisəni yenidən alovlandırıb. Bu dəfə Tolik “Sən özün heç 50 kiloqram deyilsən, daşın da uzağı olsun 10 kiloqram. Amma mənim daşım 100 kiloya yaxındır” yazıb. N.Həbibi isə “Sənlə bunları keçmişik. Heç aidiyyatı yoxdur. Sənə olan sözümü səhifəndə yazmışam” deyərək mübahisəyə son qoyub.