10 ildən sonra loqosunu yenilədi

10-ilden-sonra-loqosunu-yeniledi
Oxunma sayı: 1545

ABŞ-nin “Google” korporasiyası on ildən sonra ilk dəfə olaraq öz loqotipini yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “9to5google” nəşri məlumat yayıb.

Yeniləmənin bir hissəsi olaraq, “Google” G hərfindəki açıq rəngli sektorları gradientlə əvəz edib. Lakin şirkət əvvəlki şrifti saxlayıb. Loqonun bu versiyası artıq iOS-da “Google” tətbiqində göstərilir.

Qeyd edək ki, korporasiya loqosunu sonuncu dəfə 2015-ci il sentyabrın 1-də yeniləyib. Daha sonra şrift dəyişdirilib. Həmçinin kiçik G hərfi böyüklə əvəz edilib.