Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi infarkt keçirdi - Həyatını itirdi

baki-agir-cinayetler-mehkemesinin-hakimi-infarkt-kecirdi
Oxunma sayı: 13632

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün infarkt keçirən S. Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, S. Əliyev 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.

2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. 

Allah rəhmət eləsin!

Fotoda: Samir Əliyev məhkəmədə hökm oxuyarkən