NATO və Rusiya qırıcısı arasında təhlükəli manevr - Video

nato-ve-rusiya-qiricisi-arasinda-tehlukeli-manevr
Oxunma sayı: 699

NATO-ya məxsus F-16 qırıcısının Rusiya müdafiə naziri Sergey Şayqonun olduğu təyyarəyə yaxınlaşdığı anın görüntüsü yayılıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, sözügedən kadrlar Müdafiə Nazirliyinə məxsus kanalda yayımlanıb.

Videoda NATO qırıcısının təyyarəyə yaxın məsafədə uçduğu görünür. Daha sonra kadrlara Rusiya istehsalı olan Su-27 qırıcısı daxil olur və üzərindəki raketləri göstərəcək şəkildə manevr edir.

Bundan sonra F-16 qırıcısı təyyarədən uzaqlaşır.

NATO nümayəndəsi insidentlə bağlı açıqlamasında təyyarədə kimin olduğuna dair məlumatlarının olmadığını bildirib.