Oğrular tutuldu -Kriminal xəbərlər

ogrular-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 664

Oktyabrın 30-na keçən gecə H.Əliyev küçəsində yaşayan Şəmsəddin Əliyevə məxsus «VAZ-2107» markalı avtomobildən açar seçmə yolu ilə maqnitafon oğurlanmışdır. Nərimanov RPİ 16-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Əhmədov tutulmuş, üzərindən 0,242 narkotik vasitə olan heroin aşkar edilmişdir.


Oktyabrın 26-na keçən gecə Bakı şəhər sakini Ruslan Hüseynova məxsus Azadlıq prospektində yerləşən mağazadan pəncərənin şüşəsini sındırma yolu ilə 13 ədəd noutbuk, 15 ədəd DVD, danışıq və internet kartları oğurlanmışdır. Qaradağ RPİ 38-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Taleh Məsimov oktyabrın 30-da tutulmuşdur.


Oktyabrın 29-da Ramana qəsəbəsi İ.Rəhmanov küçəsində yaşayan Elçin Qafarov evinin qarşısında aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilmişdir. Sabunçu 12-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Ramana qəsəbə sakini Kamal Cəbrayılov oktyabrın 30-da tutulmuşdur.


Oktyabrın 28-də 90 saylı xətt avtobusunda Sabirabad rayon sakini Rövşən Məmmədov Bakı şəhər sakini Musa Yolçuyevin cibindən 50 manat götürüb qaçarkən Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən tutulmuş və cibindən 0,239 qram narkotik vasitə olan heroin aşkar edilmişdir.


Oktyabrın 29-u saat 08:30 radələrində Badamdar yolunda Bakı şəhər sakini İbrahim Əliyev idarə etdiyi «Hunday» markalı avtomobillə Şəmail Nəcəfovanı vurmuş və nəticədə piyadaçı KTM-da ölmüşdür.


Sentyabrın 5-də Puşkin küçəsində naməlum şəxs Gülnarə Mirzəyevanın mobil telefonunu əlindən alaraq qaçmışdır. Nəsimi 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakini Ruslan Qasımov oktyabrın 26-da tutulmuşdur. Müəyyən edilmişdir ki, R.Qasımov sentyabrın 9-da Bakı şəhər sakini Validə Əliyevanın, sentyabrın 20-də isə Masallı rayon sakini Safura Bayramlının qızıl boyunbağısını qırıb qaçmışdır.


Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mirxəlil Cəfərovdan 0,263 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. M.Cəfərovun evinə baxış keçirilərkən 1 ədəd patronu ilə birlikdə «Valter» tipli tapança aşkar edilərək götürülmüşdür.