Parlament binasının həyətində çətənə kolu tapılıb

parlament-binasinin-heyetinde-cetene-kolu-tapilib
Oxunma sayı: 1591

Yaponiyada parlament binasının ərazisindəki bağda çətənə kolu aşkarlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 2 aylıq olan bitkini oradan təsadüfən keçən şəxs görüb. Çətənə kolunun parlamentin həyətində necə yetişdiyi məlum deyil. Parlamentin rəsmi nümayəndəsi hesab edir ki, çətənin toxumunu quşlar və ya külək gətirmiş ola bilər. 

Qeyd edək ki, Yaponiyada çətənədən istifadə və ya az miqdarda saxlamaya görə 5 il  həbs cəzası var.

Aysel Kərimova