Prezidentdən təbrik

prezidentden-tebrik
Oxunma sayı: 1274

Azərbaycan prezidenti İlham Əliyev Banqladeş prezidenti Əbdül Həmidə təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, məktubda qeyd olunur:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".