“Qarabağ” yenidən “Şerif”lə qarşılaşa bilər

qarabag-yeniden-serifle-qarsilasa-biler
Oxunma sayı: 5430

Bu gün Çempionlar Liqasının (ÇL) ardınca Avropa Liqasının pley-off mərhələsinin püşkatması olub. "Qafqazinfo" xəbər verir ki, Bakı vaxtı ilə saat 15:30-da başlayan mərasimdə "Qarabağ"ın bu turnirdə potensial rəqibi müəyyənləşib.

Belə ki, təmsilçimiz BATE-yə uduzarsa mübarizəni məhz turnirdə davam etdirəcəyindən potensial rəqibini indidən bilib. Avropa Liqasının Çempionlar Yolunda "səpələnmişlər" səbətində yer alan "Qarabağ" - BATE cütününü məğlubu "Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün qalibinə rəqib olub. Püşkə görə ilk matçda təmsilçimiz səfərdə çıxış edəcək.
 
Maraqlıdır ki, "Qarabağ" ötən mövsüm ÇL-də məhz "Şerif"i (evdə 0:0, səfərdə 2:1) keçərək futbol tariximizdə bu turnirdə pley-offa çıxan ilk komanda olub.

Qeyd edək ki, Avropa Liqasında pley-off oyunları avqustun 23-də və 30-da keçiriləcək.