“Ronaldo möhtəşəm idi” - Lionel Messi

“Ronaldo möhtəşəm idi”
Oxunma sayı: 1542

UEFA  Çempionlar Liqasının 1/8 final mərhələsində “Lion”u 5:1 hesabı ilə məğlub edən “Barselona”nın ulduzu Lionel Messi oyundan sonra Kriştianu Ronaldo haqqında danışıb.

“Qafqazinfo” xəbər verir ki, argentinalı forvard “Yuventus”un portuqaliyalı futbolçusu haqqında bunları deyib: “Ronaldo və “Yuventus” möhtəşəm idi. Düşünürdüm ki, “Atletiko” səfərdə daha yaxşı oynayacaq. Amma italyanlar mərhələ keçdi. Ronaldo möcüzə yaratdı və 3 qol vurdu”.

Qeyd edək ki, “Yuventus” ÇL-in 1/8 finalında ilk matçda 0:2 hesabı ilə uduzduğu “Atletiko” ilə cavab qarşılaşmasında 3:0 qalib gələrək ¼ finala yüksəlib. Turinlilərin hər 3 qolunu Kriştianu Ronaldo vurub. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi