“Sülh prezidentiyəm” deyib, ABŞ-dan silah istədi

sulh-prezidentiyem-deyib-abs-dan-silah-istedi
Oxunma sayı: 1473

Ukrayna prezidenti Petro Poroşenko özünü sülh prezidenti elan edib.

“Qafqazinfo” xəbər verir ki, "Yalta Avropa strategiyası" forumunda iştirak edən prezident özünü sülh prezidenti adlandırıb və ABŞ-dan silah istəyib. Onun fikrincə, ABŞ-dan alacağı silah yalnız müdafiə xarakterli yox, həm də Ukrayna ordusunun müdafiə qabiliyyətinin güclənməsinə kömək edəcək:

“Biz bir faktı bir daha təsdiqləmək istəyirik ki, təcavüzkar Minsk razılaşmasını pozsa və mənim qoşunlarıma hücum etsə daha ağır cəza alacaq. Bu, tamamilə dürüstdür. Lakin biz sülh istəyirik və mən sülh prezidentiyəm”. 

Aysel Kərimova