Sürücü “KamAZ”ın altında qaldı

surucu-kamazin-altinda-qaldi
Oxunma sayı: 690

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, sürücü ağır xəsarətlər almış və yük avtomobilinin altında qalıb.

Yanğınsöndürən-xilasedicilər yaralını müvafiq qaydada avtomobilin altından çıxarmış və hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasına təhvil vermişlər. Əməliyyat saat 12:10-da başa çatıb. H.Əliyev xəstəxanaya aparılarkən yolda ölmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.