Ukrayna azərbaycanlı iş adamının meyidini qaytarmadı

ukrayna-azerbaycanli-is-adaminin-meyidini-qaytarmadi
Oxunma sayı: 791


“Qafqazinfo” xəbər verir ki, R. Qasımovun bacısı oğlu Təbriz Ələkbərov APA-ya açıqlamasında bildirib ki, hadisə baş verən gün dayısının evinə separatçılar tərəfindən basqın edilib.

T. Ələkbərov deyib ki, basqın zamanı Rövşən Qasımovun evində oğlu və həyat yoldaşı ilə bərabər qardaşı və onun həyat yoldaşı da olub: “Axşam tərəfi qəflətən bir neçə maşınla evə basqın olub. Atışma düşüb və evdəkilərin hərəsi bir tərəfə qaçıb. Separatçılar evi qarət edərək dağıdıblar. Sonra dayımın arxasınca düşüb Krasnıy Luçun girişində onun avtomobilini qumbaraatanla vurublar. Səhəri gün onun pis hala düşən meyitini Snejnoye şəhəri ətrafındakı evinin həyətinə atıblar. Ailəsi də oradadır. Həmin ərazi separatçıların nəzarətində olduğu üçün onlar kənara çıxa bilməyiblər və meyiti də çıxara bilməyiblər. Meyiti müvəqqəti olaraq orada basdırıblar”.

 Qeyd edək ki, Rövşən Qasımov avqustun 4-də axşam separatçılar tərəfindən öldürülüb.