“Xəyalım TIR sürücüsü olmaq idi” - Türkiyəli nazir

xeyalim-tir-surucusu-olmaq-idi
Oxunma sayı: 2329

Türkiyənin təhsil naziri Ziya Səlcuq “Tvnet”də iştirak etdiyi verilişdə maraqlı açıqlamalar verib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, nazir uşaq vaxtı TIR sürücüsü olmağı xəyal etdiyini bildirib:

“Məktəb vaxtı 2 ay dərslərdən qaçmışdım. Atam da məni “Oxumayıb mənim kimi avtobus sürücüsü olacaqsan?” deyərək döymüşdü. Mən də “Xeyr, TIR sürücüsü olacağam” demişdim”.

Nazir Ankara Universitetində təhsil alarkən avtobus və taksi sürücüsü işlədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, 57 yaşlı Z.Səlcuq bu il 10 iyulda nazir təyin edilib.