Zakir Həsənov serbiyalı həmkarı ilə görüşdü

zakir-hesenov-serbiyali-hemkari-ile-gorusdu
Oxunma sayı: 631



“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, B.Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra B.Qaşiçin Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. 

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Zakir Həsənov qonaqları salamlayaraq, cari ilin fevral ayında Serbiyaya rəsmi səfəri zamanı aparılan danışaqların və keçirilən görüşlərin uğurla baş tutduğunu xatırlayıb, hərbi əməkdaşlığın tərəflər arasında imzalanan saziş əsasında həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Sonra Azərbaycanla Serbiya arasında hərbi təhsil, hərbi texniki sahələrdə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Serbiya Müdafiə nazirinin Azərbaycana səfəri avqustun 13-dək davam edəcək.