Deputatlığa namizədlər Mehdiyevlə görüşüb - Yenilənib

-deputatliga-namizedler-mehdiyevle-gorusub
Oxunma sayı: 7609

Seçkilərə qatılan bəzi partiya sədrlərilə Prezident Adminstrasiyasında söhbətlər aparılır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Turan məlumat yayıb. Xəbərdə bildirilir ki, bu görüşlərə sentybarın 17-dən start verilib. Belə görüşlər Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə və Vəhdət Partiyasının sədri Tahir Kərimovla keçirilib.

Mənbə qeyd edir ki, partiya sədrlərini PA-nın rəhbəri Ramiz Mehdiyev şəxsən özü qəbul edib. Partiya sədrlərinə deputat seçildikdən sonrakı “davranışları” ilə bağlı təlimatlar verildiyi iddia edilir.

***

ASDP sədri Araz Əlizadə “Qafqazinfo”ya açıqlamasında PA rəhbəri Ramiz Mehdiyevlə görüşmədiyini bildirib: “Bayaqdan bütün jurnalistlər mənə zəng edirlər. Amma mən görüşməmişəm. Dəvət olsaydı, görüşərdim. O nə Sarkisyan, nə Köçəryan, nə də ki Azərbaycan xalqının düşmənidir. Mən Azərbaycan xalqının övladları ilə həmişə görüşməyə hazıram”.