1 yaşlı övladını yerə çırpan ataya cinayət işi açıldı

1-yasli-ovladini-yere-cirpan-ataya-cinayet-isi-acildi
Oxunma sayı: 3079

11 aylıq övladını yerə çırparaq ağır xəsarət yetirən ataya cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aprelin 26-da 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma -  xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.