Kəraçidəki partlayış terror aktı imiş - Yenilənib

keracideki-partlayis-terror-akti-imis
Oxunma sayı: 1525

Pakistanın Kəraçi şəhərinin Gülüstani-Cövhər rayonunda güclü atışma və partlayış səsləri eşidilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin “Dawn News” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerinə xüsusi təyinatlı qüvvələr, o cümlədən Çevik Reaksiya Qüvvələri və polis komandosları göndərilib. Ərazi polis və hərbiləşdirilmiş birləşmələr tərəfindən tamamilə mühasirəyə alınıb.

Xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməsə də, xilasetmə və təcili tibbi yardım briqadaları əraziyə çatıb.

***

Kəraçidə xüsusi asayiş keşikçilərinin (reyncerlərin) mənzil-qərargahına terrorçuların hücumu zamanı altı nəfər həlak olub.

Bu barədə “Dawn” nəşri məlumat yayıb.

Qeyd olunub ki, hücumdan sonra Gülüstani-Cövhər rayonunda atışma başlayıb. Atışma zamanı üç reyncer və üç terrorçu həlak olub.