Bir dövrə damğasını vuran Türkiyənin məşhur “Arka Sıradakiler” serialının aktyorları illər sonra bir araya gəlib.
“Qafqazinfo” xəbər verir ki, onlar 12 il sonra çəkdirdikləri fotonu sosial media hesablarında paylaşıblar.
Serialda Qamze obrazını canlandıran Sinem Öztürk dostları ilə fotosunu “Ən sevdiklərimlə”, Temmuz Karikutal isə “Hansımız daha çox dəyişdik?” başlığı ilə paylaşıb.
Qeyd edək ki, serial 2007-2012-ci illər arasında yayımlanıb.