13-cü saniyədə əvəzləndi - Video

13-cu-saniyede-evezlendi
Oxunma sayı: 3574

Estoniya çempionatında maraqlı hadisə baş verib.

"Qafqazinfo" xəbər verir ki, "Nomme Kalyu" - "Levadiya" matçında meydan sahiblərinin futbolçusu Lauri Suup 13-cü saniyəsində əvəzlənib. 

Buna isə ölkə çempionatının əsasnaməsində göstərilən tələb səbəb olub. Belə ki, əsasnaməyə əsasən, hər bir klub start heyətində ən azı 2 yetirməsini meydana buraxmalıdır. 16 yaşlı Suup isə onlardan biri olub. Onun yerinə meydana 22 yaşlı Vladislav Xomutov çıxıb. 

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.