131 nəfər direktorluq üçün müsbət rəy aldı - Nəticələr açıqlandı

131-nefer-direktorluq-ucun-musbet-rey-aldi
Oxunma sayı: 879

Ötən ilin 17–18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, həmin mərhələdə iştirak edən 389 nəfər namizəd müsabiqə qaydaları ilə müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib və 131 nəfərin direktor vəzifəsinə təyin edilməsi ilə bağlı müsbət rəy verilib.

Müsahibə mərhələsində iştirak edən bütün namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumat göndərilib.