İlyas Yalçıntaş 3 ay sonra azadlığa çıxdı

ilyas-yalcintas-3-ay-sonra-azadliga-cixdi
Oxunma sayı: 865

Məşhurların da adının hallandığı narkotik maddələrlə bağlı istintaq çərçivəsində həbs olunan türkiyəli müğənni İlyas Yalçıntaşla bağlı qərar verilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənni məhkəmənin ilk iclasında qəbul etdiyi aralıq qərarla azadlığa çıxıb.

Ona qarşı məhkəmə prosesi bundan sonra müğənni azadlıqda olarkən davam edəcək.

Xatırladaq ki, müğənni bu ilin 14 iyulunda həbs olunmuşdu.