15 yaşlı oğlanın zibilikdən tapdığı qumbara partladı, qadın xəsarət aldı

15-yasli-oglanin-zibilikden-tapdigi-qumbara-partladi-qadin-xesaret-aldi
Oxunma sayı: 1641

Gəncədə 15 yaşlı uşağın zibillikdən tapdığı qumbaranı partlatması nəticəsində bir nəfər xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, şəhər sakini, 15 yaşlı Araz Qasımov (ad və soyad şərtidir) yaşadığı evin yaxınlığındakı məişət tullantıları qabının yanından qumbara alışdırıcısı tapıb. Həmin alışdırıcıya toxunarkən partlayış baş verib. Bu zaman ərazidən keçən N. Mustafayeva aşağı ətrafların, sol qolun və üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş yarası alaraq xəstəxayana müraciət edib. Araz Qasımov isə hadisədən xəsarətsiz ötüşüb. 

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli