Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video

emin-agalarovdan-leyla-eliyevaya-ad-gunu-tebriki
Oxunma sayı: 1349

Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.

“Əzizim Leyla, səni doğum günün münasibətilə təbrik edirəm! Sənə hər şeyə görə təşəkkür edirəm: övladlarımıza, dostluğuna, münasibətinə və dəstəyinə görə. Sən, həqiqətən də, möhtəşəm insansan! Həyat yollarımızın kəsişdiyi üçün özümü xoşbəxt sayıram. Səni çox sevirəm! Bu gözəl həyatda sənə hər zaman ən gözəl və ən xoş günlər arzulayıram. Ad günün mübarək!”, - Emin paylaşdığı videoda deyib.

Qeyd edək ki, Emin Ağalarov və Leyla Əliyevanın Əli və Mikayıl adlı əkiz övladları var.