48 yaşlı kişi dərmandan zəhərlənib öldü

48-yasli-kisi-dermandan-zeherlenib-oldu
Oxunma sayı: 511

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.

Belə ki, yaşadığı evdə dərman qəbul edən 1978-ci il təvəllüdlü Aslan Mustafa oğlu Əhmədov halı pisləşdiyi üçün zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.