M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalında mövsümün yekun konserti olan “İncə Sənətlə üz-üzə” adlı musiqi proqramı təqdim edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, rəsmi qonaqlar, incəsənət xadimləri, mədəniyyət işçiləri, musiqisevərlər və ictimaiyyət nümayəndələri iştirak edir.
Konsertdə baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Proqram çərçivəsində müxtəlif dövrlərə aid dünya klassik musiqisinin seçmə nümunələri səsləndirilib.
Axşamın xüsusi qonağı Azərbaycanın Xalq artisti Murad Hüseynov olub. O, fortepianoda solo ifası ilə konsert proqramına rəng qatıb. Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Qeyd edək ki, “İncə Sənətlə üz-üzə” proqramı Filarmoniyanın cari mövsümünün yekun konserti olub.
Lamiyə Məmmədova

Son xəbərlər
Son Xəbərlər