Kimyəvi məhluldan zəhərlənən kişi 18 gün yaşadı

kimyevi-mehluldan-zeherlenen-kisi-18-gun-yasadi
Oxunma sayı: 461

Bakıda ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 14-ü Sabunçu qəsəbə sakini 1964-cü il təvəllüdlü Yaşar Rzayev yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib.

Xəstəxanaya yerləşdirilmiş Y.Rzayev iyulun 2-si orada vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.