Türkiyə Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulmaq üçün rəsmi müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin maliyyə naziri Mehmet Şimşek Türkiyə-Avropa İttifaqı Yüksəksəviyyəli İqtisadi Dialoq toplantısında açıqlayıb.
Nazir bu addımın transsərhəd ödənişlərin sürətini artıracağını, həmçinin onları daha təhlükəsiz və iqtisadi cəhətdən səmərəli edəcəyini bildirib. Bundan əlavə, bunun Türkiyə ilə Avropa İttifaqı arasında ticarətə və investisiya mübadiləsinə müsbət təsir göstərəcəyi gözlənilir.
Qeyd edək ki, SEPA-ya son olaraq 2025-ci ilin mart ayında Makedoniya və Moldova, 2025-ci ilin mayında isə Serbiya üzv olub. Avroya ən son keçid edən ölkə isə Bolqarıstan olub. Bununla da, bu valyutadan istifadə edən ölkələrin sayı 21-ə yüksəlib.
Son xəbərlər
Son Xəbərlər