15 yaşlı yeniyetmə ona tərs baxan həmyerlisini bıçaqladı

15-yasli-yeniyetme-ona-ters-baxan-hemyerlisini-bicaqladi
Oxunma sayı: 1853

Göygöldə toydan çıxan şəxslər arasında bıçaqlanma olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə qonaqlar restorandan çıxıb toy evinə getdikdən sonra baş verib.

Belə ki, toydan sonra gəlini bəy evinə aparıb qapıda qurban kəsmək istəyiblər. Bu zaman həyətdə olan 15 yaşlı Q.Əliyev həmyerlisi, 1986-cı il təvəllüdlü İlqar Bayramovun ona tərs-tərs baxdığını əsas gətirərək sonuncunu bıçaqlayıb. 5 bıçaq zərbəsi alan İ.Bayramov xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, oktyabrın 30-da Göygöl rayon sakini İlqar Bayramovun müxtəlif bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə Göygöl rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Məlumatla əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini, yetkinlik yaşına çatmayan Q.Əliyev saxlanılıb. Hazırda istintaq davam etdirilir”.

Amin Nəzərli