156 qəzzalı Ankarada... - Fotolar

156-qezzali-ankarada
Oxunma sayı: 1173

Ötən gün gecə 156 nəfər qəzzalı Türkiyəyə aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, 49 xəstə və onların 107 yaxınını daşıyan hərbi təyyarə gecə saatlarında Türkiyədə eniş edib.

Xəstələr ölkənin Milli Müdafiə Nazirliyinə aid hərbi yük təyyarəsi ilə müalicə olunmaq üçün paytaxt Ankaraya çatdırılıb.