İndoneziyada da zəlzələ oldu

indoneziyada-da-zelzele-oldu
Oxunma sayı: 1614

İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri Bəncər şəhərindən 85 kilometr cənubda, 54 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.