Tura Masazırda start verilir

tura-masazirda-start-verilir
Oxunma sayı: 1320

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.

“Sabah” doğma meydanda “Səbail”lə üz-üzə gələcək. Son oyunlarından qalib ayrılmış komandaların 6 xallıq oyununda kimin sevinəcəyi maraq doğurur.

Turun qalan oyunları aprelin 28-29-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
32-ci tur
27 aprel

18:00. “Sabah” – “Səbail”
“Bank Respublika Arena”.