“Reuters”in əməkdaşı Moskvada həbs olundu

reutersin-emekdasi-moskvada-hebs-olundu
Oxunma sayı: 2877

Rusiyanın paytaxtı Moskva şəhərində “Reuters” agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi onun barəsində 2 ay müddətinə, yəni 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib.

İstintaqa görə, Qabov “Navalny LIVE YouTube” kanalında dərc üçün foto və video materialların hazırlanmasında iştirak edib.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.